​Hindistanın Azərbaycan əleyhinə siyasətinin səbəbi nədir? - Politoloq AÇIQLADI

​Hindistanın Azərbaycan əleyhinə siyasətinin səbəbi nədir? -
12:00 18.08.2022
383 Ölkə
A- A+

“Hindistanın Türkiyə və ya Azərbaycanın bir başa qarşısını alması Hindistana bölgədə heç nə vəd etmir. Hindistanın öz 4 böyük eksport arealının biri MDB ölkələridir. MDB ölkələrin də əsas söz sahibi türk xalqlarıdır - Azərbaycan, Türkiyə və Orta Asiya türkləri”.

Sulh.info.az bildirir ki, bu sözləri saytımıza politoloq Turab Rzayev deyib. O, həmçinin əlavə edib:

“Çox təəssüflər olsun ki, Hindistanın bəzən bu cür qərarlarını müşahidə edirik. Bəziləri Hindistanda artan millətçiliklə bağlıdır. Bəzi millətçilər müsəlman əlehdarıdılar. Buna görə münaqişədə Azərbaycanı yox, Ermənistanı dəstəkləyirlər. Digər tərəfdən Azərbaycana Pakistanın yaxın münasibətlərinin olması onlarda qıcıq yaradır. Həm Çin, həm də Hindistan Qarabağ münaqişəsində Rusiyanın mövqeyini nəzərə alaraq,  Rusiyanın mövqeyinə yaxın mövqə sərgilədi. Daha bir səbəb odur ki, ermənilər fərqli ölkələrdə diplomatik sahədə rəhbər kürsüləri tuturlar. Mümkündür ki, Hindistanda da həmin qurumda təmsil olunan şəxslər ermənilərə yaxındır ki, Azərbaycanın addımlarına mane olurlar”.

Politoloq qeyd edib ki, eyni zamanda Hindistanla Azərbayanın ortaq iqtisadi maraqları mövcuddur:

“Xəzər dənizində bəzi neft yataqlarında Hindistanın neft şirkətləri işləyir. Bu münasibətlərə zərər gətirmək olmaz. Əksinə bunları genişləndirmək lazımdır. Bu bölgəyə maraqları varsa, Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almalıdır ki, Qara və Xəzər dənizlə Azərbaycan və Türkiyə ilə düşmən münasibəti ilə heçnə əldə etmək olmaz.

Həmçinin şima-cənub dəhlizi Azərbaycanın və Hindistanın marağındadır. Hindistandan başlayan mal və xidmətlər cənubdan keçərək Azərbaycan ərazisinə daxil olur və birbaşa Rusiyaya, Avropaya çox qısa yol ilə daxil olur. Burda iş birliyimiz var, gərək bunu da nəzərə alsınlar. Hindistan üçün Azərbaycanın yanında yer almaq daha əhəmiyyətlidir, nəinki Ermənistanın”.

Günay İbrahimova / Sulh.info.az