​Xocalıda maşın aşdı: ölən var

​Xocalıda maşın aşdı:
12:22 18.08.2022
237 Hadisə
A- A+

Xocalıda avtomobil aşıb, ölən var.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mersedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.