Taliban rəhbərliyinə qarşı silahlı mübarizəyə başlayan Mövləvi Mehdi Mücahid öldürülüb.
Sulh.info.az xəbər verir ki, bu barədə Taliban hökumətinin yaydığı məlumata görə, Mövləvi Mehdi İrana keçmək istəyib və Herat sərhədində sərhəd qüvvələri tərəfindən öldürülüb.Mövləvi Mehdinin rəhbəri olduğu qruplaşma məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Mövləvi Mehdi Mücahid xəzərləri təmsil edən yeganə Taliban komandiri idi. Radikalların Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Mücahid Bamian əyalətinin kəşfiyyat rəisi təyin olunur. Ancaq Taliban rəhbərliyi ilə qızların təhsili məsələsində fikir ayrılığı yarandığı üçün vəzifəsindən uzaqlaşdırılır.
Mücahid balhab əyalətində Talibana qarşı qiyam qaldırsa belə, məğlub olub dağlara çəkilir.