​Quraqlığın fəsadları: 100 min hektar ərazidə məhsul sıradan çıxıb - AÇIQLAMA

​Quraqlığın fəsadları: 100 min hektar ərazidə məhsul sıradan çıxıb -
15:30 18.08.2022
659 Ölkə
A- A+

“Qlobal quraqlıq təhlükəli təbiət hadisəsidir. Bu havanın temperaturunun yüksək olması, yağıntıların uzun müddət olmaması, havanın rütubətliyinin azalmasından asılıdır. Hazırda quraqlıq hadisəsi qlobal istiləşmə və qloblaq iqlim dəyişikliyi ilə əlaqədar areal genişlənməkdədir". 

Sülh.info.az xəbər verir ki, bu sözləri saytımıza AMEA Coğrafiya İnstitunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. O bildirib ki, Azərbaycanda bu il 100.000 hektara yaxın ərazidə məhsul quraqlıq səbəbindən məhv olub:

"Tarixən bizdə də quraqlıq olub. Bu il də Azərbaycanda quraqlıq var. Hazırda həmin mərhələdəyik, havanın temperatoru 42 dərəcəyə qalxır. Havanın nisbi rütubətliyi bəzi yerlərdə 10-15-20% olur. Havanın temperaturunun çox olması nəticəsində quraqlıq yaranır, yağıntı olmur, buxarlanma artır. Belə olduqda bəzi ərazilərdə suvarılma aparıla bilmir, təkcə yağıntı suları ilə su ehtiyatlarını təmin edirlər. Ona görə də, yağıntı olmadıqda, həmin ərazilərdə məhsul batır".

Səid Səfərovun sözlərinə görə, qlobal quraqlığın qarşısını almaq demək olar ki, mümkün deyil:

"Bu elə hadisədir ki, qlobal hava dövranı ilə əlaqəlidir. Ancaq onun nəticələrini yumşaltmaq olar. Bəzi üsüllar var ki, effekti kifayət qədər yüksək deyil və ya bahadır. Amma bəzi addımları atmaq öz əlimizdədir. Suya qənaət etmək, su ehtiyyatlarının potensialını saxlamaq, damcı sulama üsuluna üstünlük vermək və quraqlığa davamlı bikilərin əkilməlidir. Yəni dəmgah ərazilərdə hər hansı kənd təsərrüfatı məhsulu yetişdirilirdisə, artıq indiki iqlim şəraiti ona imkan vermir. Buna görə də quraqlığa davamlı digər bitkilər əvəz olunmalıdır. Zeytun, üzüm kimi məhsullar əkilməlidir”.

Günay İbrahimova / Sulh.info.az