​Ölkə ŞOKDA: Baş nazirin içkili halda elə görüntüsü yayıldı ki... - VİDEO GÖRÜNTÜ

​Ölkə ŞOKDA: Baş nazirin içkili halda elə görüntüsü yayıldı ki... -
17:28 18.08.2022
308 Ölkə
A- A+

Gecə həyatına düşkünlüyünə görə tənqid edilən Finlandiyanın 36 yaşlı Baş naziri Sanna Marinin yeni görüntüləri yayılıb.

Sulh.info.az  xəbər verir ki, Baş nazirin əyləndiyi gecədən görüntülər mediada gündəm yaradıb. Görüntülərdə Baş nazir çılğınca rəqs edir və onun dostlarından biri "kokain" deyə qışqırır.

Video mediada yayılandan sonra müxalifət S.Marindən dərhal narkotik testindən keçməyi və nəticələri ictimaiyyətə açıqlamağı tələb edib.

Sanna Marin bu gün keçirdiyi mətbuat konfransında narkotikdən istifadə etdiyi ilə bağlı iddianı “Gizlədəcək bir şeyim yoxdur, mahnı oxudum və rəqs etdim. Qanundankənar heç bir şey etməmişəm. Çox içki içən biri deyiləm. Bu görüntülərin yayılacağına inanmırdım" - deyərək rədd edib.

Xatırladaq ki, Sanna Marin keçən il koronavirus qaydalarını pozaraq əyləncə klubuna getdiyi üçün də üzr istəmişdi.