​Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildi

​Rusiyada vəfat edən qazimizin nəşi vətənə
16:35 18.08.2022
246 Toplum
A- A+

Rusiyada vəfat edən Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənovun nəşi artıq vətənə gətirilib.

Bu barədə Axar.az-a qazinin atası Etibar Həsənov məlumat verib.

O bildirib ki, E. Həsənov doğulduğu Ağcabədi rayonu Qiyaməddinli kəndində dəfn olunacaq:

“Hələ hava limanındadırlar. Dövlət tərəfindən təşkil olunan təcili tibbi yardım avtomobili ilə birbaşa evə gətirəcəklər”, - Etibar Həsənov deyib.

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı. Qazi avqustun 15-də Sankt-Peterburqda müalicə aldığı xəstəxanada vəfat edib.