​Günəşdə dəhşətli partlayış: Bu günlərdə Yer kürəsinə... - Alimlərdən XƏBƏRDARLIQ

​Günəşdə dəhşətli partlayış: Bu günlərdə Yer kürəsinə... -
16:51 18.08.2022
376 Ölkə
A- A+

Günəşdə partlayışlar nəticəsində yaranan fırtınaların bu gün və ya sabah dünyaya çatacağı gözlənilir.

Sulh.info.az bildirir ki, bu məlumatı hava proqnozları və təbii hadisələrlə bağlı proqnozlar verən ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) yayıb.

Geomaqnit günəş fırtınalarının rabitə sistemlərinə, radio və peyk əməliyyatlarına təsir göstərməsi ehtimalı var. Bu çərçivədə elm adamları internet və mobil telefon rabitəsində yaşanacaq problemlər barədə xəbərdarlıq ediblər.

Dünyanı vurması gözlənilən geomaqnit günəş qasırğalarının şiddətindən asılı olaraq rabitə sistemlərində problemlər yarada biləcəyi bildirilib.

Sözügedən qasırğanın dünyaya çatması nəticəsində dünyanın maqnit sahəsində müəyyən dəyişikliklər ola biləcəyi də qeyd edilib. 

Mənbə: CBS News