​Özünü yandıran qazinin vəziyyəti ağırdır

​Özünü yandıran qazinin vəziyyəti
10:23 19.08.2022
211 Toplum
A- A+

Ötən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Bu barədəModern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.

"Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.