Həftələrdir unun bahalaşması ilə bağlı xəbərlər artıq rəsmi olaraq öz əksini tapıb. 500qr-lıq ənənvi çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600qr-lıq çörəyin pərakəndə satışı-65 qəpik, 650qr-lıq çörəyin pərakəndə satış qiyməti 70 qəpik olub.
Sulh.info.az xəbər verir ki, "İqtisadi və Sosial Araşdırmalara Yardım" İB-nin sədri Eyyub Kərimli qiymət artımı ilə bağlı saytımıza danışıb:
“Bu gün dünyada gedən iqtisadi və siyası prosseslər buğdanın qiymətinin artımına səbəb olub. Biz də idxaldan asılı olan ölkəyik, buğdanın 40%-ni xaricdən gətiririk. Ona görə də, qiymət artımı oldu. Sözsüz ki, bu da gələcəkdə çörəyin qiymətinə təsir edəcək”.
Ekspert bildirib ki, unun qiymətinin qalxması digər məhsullara da təsir edə bilər:
“Unun kilosunun qiyməti 20 qəpiyə qədər arta bilər. Çörəyin və unun qiymətində dəyişikliyin olması digər məhsullara da təsir edəcək. Bu artım unlu məmulatlara, şirniyyatlara aiddir. Ola bilər ki buğdanın artımı yemə təsir edəcək, quş və mal ətinin də qiyməti artacaq. Sözsüz ki, gələn aylarda bahalaşma olma ehtimalı var”.
Günay İbrahimova / Sulh.info.az