“Azərbaycanda qiymət artımı dünya ilə paralel gedir. Amma Azərbaycan hökümətinin əlində bəzi alətlər var ki, bu qiymət artımının ya qarşısını ala bilməsinə, ya da səngiməsinə şərait yarada bilər. Bunlardan da ən vacibi vergi və gömrük siyasətidir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza son qiymət artımını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O həmçinin qeyd edib ki, 1 ay əvvəl Azərbaycanda ərzaq məhsullarının və dərman peraparatlarının əlavə dəyər vergisinin azaldılması ilə bağlı təkliflə çıxış edib. 18% əlavə dəyər vergisini 2% - ə çəkməklə qiymət artımının qarşısını almaq olar deyə bildirib.
Eyni zamanda Natiq Cəfərli qeyd edib ki, yaxın zamanlarda manatın dəyərini itirməsi mümkünsüzdür:
“Manat inzibati qaydada tənzimləndiyindən, kağız neft rolu oynadığından, manatla bağlı dəyişiklik olancağına inanmıram. Manatın ucuzlaşıb, dolların bahalaşması yaxın zamanlarda mümkünsüzdür. Ümumiyyətlə Azərbaycan höküməti manatın məzənnəsinə siyasi sadiqliq simvolu kimi baxır. Bu iqtisadi kateqoriya deyil, bazarda müəyyənləşmir. Ona görə də manatla bağlı hər hansı dəyişiklərin olması yaxın zamanda mümkünsüzdür.”
Günay İbrahimova / Sulh.info.az