Polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, yerli media bu gün polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun ölümü barədə məlumat yayıb.
Vətən müharibəsinin iştirakçısı, 1983-cü il təvəllüdlü Seymur Zülfüqarovun ötən gün İsmayıllı rayonunda istirahətdə olarkən ürəktutmadan vəfat etdiyi bildirilir.