Maraqlı hadisə ABŞ-ın Corciya ştatında meydana gəlib.
Sulh.info.az xəbər verir ki, 2 yaşlı uşaq həyətlərində oynayarkən yaxınlıqdakı meşəlikdə bir cüt ayaq görüb. Hələ tam danışa bilməyən uşaq anasına "ayaqlar" deyə səslənib.
Uşağın valideynləri həmin yerə getdikdə isə, orada günlərdir itkin düşən 82 yaşlı alzheimer xəstəsini tapıblar. Valideynlər qadının sağ olduğunu anlayaraq tibb işçilərini çağırıblar.
Yaşlı qadının avqustun 8-də itkin düşən Nina Libskomb olduğunu ortaya çıxıb. Qadının müalicəsi başa çatdıqdan sonra ilk işi onu xilas edən 2 yaşlı Etanla görüşmək olub. Onların birlikdə görüntüləri sosial şəbəkədə minlərlə bəyənmə toplayıb.
Mənbə: Nypost.com