​Dünyanın ikinci ən yaşlı adamı vəfat edib

​Dünyanın
22:45 19.08.2022
307 Dünya
A- A+

Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.

SÜLH.İNFO.az-ın xəbərinə görə, bu barədə Polşanın TVN24 kanalı məlumat yayıb.

1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir. 1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.

Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir.