​Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

​Somalidə hotelə hücum zamanı
09:45 21.08.2022
244 Dünya
A- A+

Somalinin paytaxtı Moqadişoda hotelə hücum olub.

Sulh.info.az bildirir ki, silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma baş verib.

Hadisə nəticəsində 20 nəfər ölüb.

Ölənlərin çoxunun mülki şəxslər olduğu güman edilir.

Hücum zamanı 40-a yaxın insan xəsarət alıb, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

ABŞ-ın Somalidəki səfirliyi “Tvitter“ səhifəsində hücumu qətiyyətlə pislədiyini bildirib. Səfirlik həlak olanların ailələrinə başsağlığ verib, hücumu törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını bildirib. (Apa)