Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətindəki meşə yanğınlarının sahəsi artmaqda davam edir.
Sulh.info.az bildirir ki, bu barədə şənbə günü regionun yanğından mühafizə xidməti məlumat yayıb.
Hazırda vilayətin bu hissəsində 6 miqyası böyük yanğın qeydə alınıb. Son bir neçə gündə onların sahəsi 12,7 min hektardan 13,1 min hektara qədər artıb.
Onun söndürülməsinə 185 yanğınsöndürən, 15 helikopter və 19 ədəd xüsusi ağır texnika cəlb olunub.
Bununla əlaqədar olaraq, bölgənin səlahiyyətli orqanları yanğından zərər çəkmiş ərazilərin əhalisinə evlərini tərk etmələri barədə göstəriş verib. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Meşə yanğınlarının əksəriyyəti quru və isti hava şəraiti fonunda baş verib.