Albaniyada iki Rusiya və bir Ukrayna vətəndaşı saxlanılıb.
Sulh.info.az xəbər verir ki, bu barədə Albaniya Müdafiə Nazirliyindən "Reuters"ə verilən açıqlamada bildirilib.
Məlumata görə onlar Albaniya Müdafiə Nazirliyi tərəfindən saxlanılıb. Onların saxlanmalarına səbəb, hərbi müəssisəyə daxil olmağa cəhd göstərmələri olub.
“Rusiya və Ukrayna pasportu olan üç vətəndaş zavoda daxil olmağa cəhd edib. Üç xarici vətəndaşı saxlamağa çalışarkən, iki əsgərimiz yaralanıb”,- deyə nazirliyin məlumatında bildirilir.
Hərbi idarədən verilən məlumata görə, müəssisə müdafiə təyinatlı məmulatlar istehsal edir.
Bundan əlavə, Albaniya Müdafiə Nazirliyi iddia edir ki, 24 yaşlı Rusiya Federasiyası vətəndaşı müəssisənin ərazisinə daxil olaraq fotoşəkil çəkdirməyə cəhd edib.