​Almaniya Ukraynaya əlavə hərbi yardım göndərəcək

​Almaniya Ukraynaya əlavə hərbi yardım
10:45 21.08.2022
228 Siyasət
A- A+

Almaniya Ukraynaya 20 “70 mm”lik reaktiv yaylım atəş qurğusu və 2000 raket ötürməyi planlaşdırır.

Sulh.info.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında yer alan məlumatda deyilir.

Təhlükəsizlik səbəbi ilə Almaniya hökuməti silahların çatdırılma üsulları və vaxtı haqqında əlavə məlumat verməyib.

Almaniya Nazirlər Kabinetinin saytının xüsusi səhifəsində Berlinin Kiyevə 15 “Gepard” özüyeriyən zenit qurğusu, o cümlədən 6000-ə yaxın zenit sursat göndərməyi planlaşdırdığı yer alıb. (Apa)