​Siciliya adasında zəlzələ olub

​Siciliya adasında zəlzələ olub
12:15 21.08.2022
232 Dünya
A- A+

Palermo (Siciliya) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

Sulh.info.az xəbər verir ki, ANSA agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, xəsarət alan olmayıb, binalara ziyan dəyməyib.

Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, zəlzələnin episentri adanın 4 km dərinliyində baş verib. Agentlik bildirib ki, Palermodan 50 km cənubda zərər çəkmiş ərazi mütəxəssislər tərəfindən yoxlanılır.