​DİN: Həftəsonu 99 nəfər saxlanılıb

​DİN:
10:55 22.08.2022
219 Hadisə
A- A+

Avqustun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SULH.İNFO.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 59 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.