Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:
“Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”.
***
İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, rayonun Qalacıq kənd sakinləri şort geyinərək ora gələnlərə təzyiq göstəriblər. (oxu.az)
Həmin görüntüləri təqdim edirik: