​Kişi həyat yoldaşını kürəyindən BIÇAQLADI

​Kişi həyat yoldaşını kürəyindən
11:38 22.08.2022
253 Hadisə
A- A+

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, hadisəni törədən şəxsin Samux rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılov olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, avqustun 21-i 1990-cı il təvəllüdlü İsmayılova Gültəkin kürək nahiyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun əri tərəfindən bıçaqlandığı bildirilib.

Məlumata görə, cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.