Koronavirus və meymunçiçəyi virusu bitməmiş dünyada daha bir qorxulu virus xəbəri yayılıb.
Sulh.info.az bildirir ki, yeni virus Hindistanda meydana gəlib. İlk dəfə bu ilin may ayında aşkarlanan və 5 yaşa qədər 82 uşaqda görülən "Pomidor qripi" dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədən ağrıları və şiddətli oynaq ağrıları, yüksək hərarət, səpgi kimi əlamətlərlə başlayır.
Ölümcül olmayan "Pomidor qripi" üçün hələ heç bir peyvənd və müalicə yoxdur. Virusa qarşı ən təsirli müalicənin bol maye qəbul etmək və istirahət etmək olduğu bildirilir.
Xəstəliyin çox yoluxucu olduğu, təsdiqlənmiş hallarla təmasda olanların bir həftə müddətinə təcrid olunduğu bildirilib.
Mənbə: İndia.com