​Əməkhaqqı fondu daha 16 faiz artıb - FOTO

​Əməkhaqqı fondu daha 16 faiz artıb
11:55 22.08.2022
221 Sosial
A- A+

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması dayanır.

Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb.