Həm yunan, həm də erməni lobbiləri ilə yaxından əlaqəsi olan amerikalı senator Bob Menendes Türkiyə əleyhinə bəyanatlarını davam etdirir.
Sulh.info.az xəbər verir ki, ABŞ-ın aparıcı siyasətçilərindən biri, demokrat senator Bob Menendes Yunanıstan mətbuatına danışıb. Eyni zamanda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olan Menendes Yunanıstanın ən çox oxunan qəzetlərindən olan "Kathimerini"yə danışıb.
Ötən həftə Türkiyənin Rusiyadan S-400-lərin ikinci partiyasını alacağı ilə bağlı gündəmə gələn xəbərləri də dəyərləndirən Menendes bu vəziyyətdən narahat olduğunu bildirib.
Ötən aylarda keçirilən NATO Liderlər Zirvə toplantısında ABŞ prezidenti Co Bayden tərəfindən yaşıl işıq yandırılan F-16 döyüş təyyarələrinin Türkiyəyə satışına qarşı çıxacağını deyən Menendes Ərdoğanı da tənqid edib:
“Türkiyənin Ərdoğan dövründəki gedişatını görməzdən gələ bilmərik. Türkiyədə demokratik proses əhəmiyyətli dərəcədə aşınıb. Rusiyanın Ukraynaya təcavüzü davam edərkən, Türkiyə hökumətinin NATO-ya sadiqliyini və onların ortaq dəyər və prinsiplərini nümayiş etdirməlidir".
Menendes Türkiyənin NATO müttəfiqi kimi hərəkət etməli olduğunu ifadə edərək, "İsveç və Finlandiya NATO-ya üzvlük prosesini yavaşlatsa da, ümid edirəm ki, Türkiyə bu üsulu dəyişərək NATO-dakı öhdəliklərini yerinə yetirəcək və bölgədə konstruktiv tərəfdaş olacaq" - deyib.
Mənbə: Sozcu.com