​Bakıda qadının “Range Rover”i oğurlandı

​Bakıda qadının “Range Rover”i
12:15 22.08.2022
267 Hadisə
A- A+

Bakıda qadına məxsus bahalı avtomobil oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 

Bildirilir ki, avqustun 20-də bir qadına məxsus “Range Rover” markalı avtomobilin qaçırılması barədə nazirliyə  məlumat daxil olub. 

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.