​Laçında iki hərbçimiz minaya düşdü - SON DƏQİQƏ

​Laçında iki hərbçimiz minaya düşdü -
12:14 22.08.2022
358 Ölkə
A- A+

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.

Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.