​Bakıda MTK gecə saat ikidə xəstəxana yaxınlığında tikinti aparır - VİDEO

​Bakıda MTK gecə saat ikidə xəstəxana yaxınlığında tikinti
12:57 22.08.2022
282 Sosial
A- A+

Gecə saat 02 radələrində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin yanında MTK-lardan birinin tikinti işləri aparması barədə sosial şəbəkələrdə video yayılıb.

İddia edilib ki, xəstəxananın içini toz və səs-küy bürüyüb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Anima MMC” şirkətlər qrupuna məxsus texnikalar burada bünövrə qazıb və bərkitmə işləri aparıb. 

Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən sözügedən MTK-ya sanitar-gigiyenik qaydalara, tikinti normalarına riayət olunması, qonşu ərazilərdə yaşayan sakinlərin rifah halının qorunması məqsədilə xəbərdarlıq olunub.