İtaliyanın "Roma" klubunun futbolçusu Corcinyo Veynaldum ağır zədə alıb.
Məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb.
"Canavarlar" niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını açıqlamayıb. Paytaxt təmsilçisi bunun bir bədbəxt hadisə olduğunu düşünür.
Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Corcinyo Veynaldum "Roma"ya bu ay Fransa PSJ-sindən keçib.