​“Brent” nefti 95 dollara qədər ucuzlaşıb

​“Brent” nefti 95 dollara qədər
14:30 22.08.2022
A- A+

Dünya bazarında neft ucuzlaşmaqdadır.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri 1,31% və yaxud 1,27 ABŞ dolları ucuzlaşaraq 95,45 ABŞ dollarına satılıb.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,39% və ya 1,26 ABŞ dolları azalaraq 1 barel üçün 90,77 ABŞ dolları təşkil edib.

İnvestorlar İran neftinin bazara qayıtması perspektivlərini qiymətləndirirlər. Bazar iştirakçılarının diqqəti İran ilə nüvə sazişi üzrə danışıqlara da yönəlib.