“Rusiya işğalçıları, yəqin ki, Zaparoye atom elektrik stansiyasında yanğın təxribatı hazırlayırlar. Bunun üçün stansiyanın ərazisinə külli miqdarda avtomobil yanacağı yerləşdirilib”.
Sulh.info.az xəbər verir ki, bu barədə “Spilna Sprava” İctimai Hərəkatının koordinatoru Oleksandr Danilyuk öz “Facebook” səhifəsində yazıb. O, Zaporojye AES-dəki Ukrayna kəşfiyyatı mənbələrinə istinadən bu məlumatı verib.
Yanacaq tədarükündən əlavə, rusiyalı hərbçilərin digər fəaliyyətləri də təxribatın hazırlandığını göstərir.
Avqustun 11-də Prezident Vladimir Zelenski, Rusiyanın Ukrayna ərazisinə atdığı qanadlı raketlərin trayektoriyasının təsadüfən Ukrayna AES-in üzərindən keçmədiyini bildirib. O əlavə edib ki, Rusiya Zaparoye AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.