​Əli Əsədov qırğız həmkarına başsağlığı verdi

​Əli Əsədov qırğız həmkarına
16:25 22.08.2022
221 Siyasət
A- A+

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.