​Gənc bıçaqla özünə xəsarət YETİRDİ

​Gənc bıçaqla özünə xəsarət
10:52 23.08.2022
221 Hadisə
A- A+

Abşeron rayonunda 22 yaşlı gənc bıçaqla özünə xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Rüstəmov Elgün yaşadığı mənzildə bıçaqla qol nahiyəsinə xəsarətlər yetirib.

Müxtəlif dərəcəli xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.