Bütün ümumi təhsil müəssisələrində direktor və direktor müavini vəzifəsində çalışan şəxslərin əməkhaqqına əlavənin məbləği təhsilalanların sayına uyğun olaraq müəyyənləşdirilib.
Bu barədə SULH.İNFO.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.