​Vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək müəllimlərin sayı AÇIQLANDI - CANLI

​Vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək müəllimlərin sayı
11:24 23.08.2022
350 Toplum
A- A+

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək şəxslərin sayı açıqlanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, imzalanan yeni qərarın 865 direktora şamil edilir:

“Eyni zamanda, yeni qərarla 2343 direktor müavininə şamil ediləcək”.

Nazir əlavə edib ki, eyni artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə səbəb olacaq.