​Baş Prokurorluq "Azərsu" ASC əməkdaşının ölümü ilə bağlı açıqlama verib

​Baş Prokurorluq
13:00 23.08.2022
209 Hadisə
A- A+

Avqustun 22-də Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Q.Qasımov "Azərsu" ASC-də çalışırmış.