​Azərbaycanda “Google Pay” aktivləşdirilib

​Azərbaycanda “Google Pay”
13:40 23.08.2022
A- A+

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib. 

Bu barədə  “MasterCard” şirkətindən məlumat verilib.

Məlumata görə, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb. 

"Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır.