"Rusiya-Ukrayna müharibəsi Vladimir Putinin müharibəsi deyil. Müharibəni prezident aparmır, savaş meydanında vuruşan ruslardır".
Sulh.info.az xəbər verir ki, bunu Polşa Xarici İşlər nazirinin müavini Pyotr Vavrşik deyib.
O qeyd edib ki, müharibə ruslarındır. Əgər onların ailələri bunu başa düşmürlərsə, yaxınları Ukraynada baş verənləri başa düşə bilmirlərsə, hesab edirəm ki, onlar da buna görə məsuliyyət daşımalıdırlar. Putin öz xalqının dəstəyini qazanıb və müharibə aparır.
Nazir müavini onu da qeyd edib ki, ruslara viza verilməsini dayandırmaq istəyən Baltikyanı ölkələr çətin ki, bütün Avropada öz ardıcıllarını tapsın.