​Paşinyan hökumətin iclasını çağırdı - Azərbaycan müzakirə olunacaq

​Paşinyan hökumətin iclasını çağırdı
13:59 23.08.2022
213 Siyasət
A- A+

Ermənistan hökumətinin növbəti iclası avqustun 24-də keçiriləcək.

Bu barədə “Armenpress” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, iclas baş nazir Nikol Paşinyanın sədrliyilə keçiriləcək.

İclasda Ermənistan-Azərbaycan münasibətlərinə dair son hadisələrə də toxunulacağı gözlənilir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yaxın günlərdə "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.