​Metronun “Xocahəsən” stansiyası nə zaman istifadəyə veriləcək?

​Metronun “Xocahəsən” stansiyası
14:16 23.08.2022
316 Sosial
A- A+

“Bakı Metropoliteninin şərti adı “Xocahəsən” olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır:

“Artıq stansiya və depoda bu işlər paralel aparılır, tamamlanma işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək”.