Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağcabədi rayonunda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.