​Prezident İlham Əliyev 2.2 milyon ayırdı - SƏRƏNCAM

​Prezident İlham Əliyev 2.2 milyon ayırdı -
14:29 23.08.2022
A- A+

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sulh.info.az bildirir ki, Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.