​Qəbələdə yanğın BAŞLAYIB

​Qəbələdə yanğın
16:36 23.08.2022
252 Hadisə
A- A+

Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.