​Ukrayna səfiri Azərbaycana təşəkkür edib

​Ukrayna səfiri Azərbaycana
18:00 23.08.2022
234 Siyasət
A- A+

"Dostluq və xeyirxahlıq sərhəd tanımır. Xəzər dənizinin sahilindəki gözəl məkanda Rusiya-Ukrayna müharibəsinin iztirab və dəhşətlərini yaşamış bir qrup ukraynalı uşaq reabilitasiya kursu keçir".

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevsk bildirib. 

Diplomat deyib ki, bu layihə Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondunun təşəbbüsü əsasında mümkün olub.

"Uşaqlarımız Azərbaycanda olduqları üç həftə ərzində maraqlı və maarifləndirici ekskursiyaları da ziyarət edə biləcəklər. Maraqlıdır ki, ukraynalı uşaqlar Qobustandakı tarixi-arxeoloji qoruğunda Ukrayna dilli audiobələdçi xidmətindən ilk istifadə edən şəxslər olacaqlar (Ukraynanın Birinci xanımı Yelena Zelenskayanın himayəsi altında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən həyata keçirilən yeni layihə). 

Ümid edirik ki, bu kimi layihələr bundan sonra da həyata keçiriləcək və bunun sayəsində getdikcə daha çox ukraynalı uşaq nəinki Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaq, həm də Azərbaycan qonaqpərvərliyinin hərarətini və səmimiyyətini hiss edə biləcəklər.

Ayrıca olaraq Ukrayna Ticarət Evinin direktoru Əlibala Məhərrəmzadənin qismində UTE-yə ukraynalı uşaqlara edilən hədiyyələrə, habelə Ukrayna və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə verən təşəbbüslərə görə təşəkkürümüzü bildiririk!", - səfir sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.