​ABŞ Çinin 7 təşkilatını qara siyahıya saldı

​ABŞ Çinin 7 təşkilatını
22:30 23.08.2022
286 Dünya
A- A+

ABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını qara siyahıya daxil edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə qurumun Sənaye və təhlükəsizlik bürosunun məlumatında deyilir.

Qeyd olunur ki, həmin müəssisələrin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Məlumatda bildirilir ki, bu təşkilatlar Çinin hərbi modernləşdirilməsinin həyata keçirilməsi məqsədilə ABŞ istehsalı olan məhsulları əldə ediblər.

Qara siyahıya bir şirkət və altı tədqiqat institutu, o cümlədən, aviakosmik sahədə ixtisaslamış institut daxil edilib.