​Pakistana atılan raketə görə Hindistanın 3 zabiti xidmətdən kənarlaşdırılıb

​Pakistana atılan raketə görə Hindistanın 3 zabiti
09:15 24.08.2022
220 Siyasət
A- A+

Pakistana səhvən atılan ballistik raketə görə Hindistan ordusunun 3 zabiti silahlı qüvvələrdən xaric edilib.

Sulh.info.az bildirir ki, ordu rəhbərliyi uzun sürən təhqiqatdan sonra belə bir qərar verib.

Qeyd edək ki, mart ayında partlayıcı başlığı olmayan Brahmos ballstik raketi təsadüfən atılaraq Pakistan ərazisinə düşüb. Boş sahəyə düşən raket heç bir dağıntı və tələfata səbəb olmayıb. Rəsmi Dehli dərhal açıqlama verərək hadisənin təsadüf olduğunu bildirib. Qarşı tərəf bu açıqlamanı anlayışla qəbul edib.