​Bakıda xanımından ayrılan kişi qumbara partlatdı

​Bakıda xanımından ayrılan kişi
09:45 24.08.2022
304 Hadisə
A- A+
Sabunçunun Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərindəki qumbaranı partladıb.
 
Sulh.info.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş ilə tələb edib.
 
Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur.
 
Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.