​Laçın dəhlizində sülhməramlıların postları sökülür - FOTO

​Laçın dəhlizində sülhməramlıların postları sökülür -
13:18 24.08.2022
318 Siyasət
A- A+
Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.
 
Sulh.info.az xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.
 
Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək.
 
Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.