​Bakıda 19 yaşlı qız itkin düşüb

​Bakıda 19 yaşlı qız itkin
16:10 24.08.2022
328 Hadisə
A- A+

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən  bildirilib ki, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.

Onun harada olması barədə məlumatı olan şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də, 3-cü Polis Şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.