​Kəmaləddin Heydərov generalı rəis təyin etdi - FOTO

​Kəmaləddin Heydərov generalı rəis təyin etdi -
16:23 24.08.2022
324 Ölkə
A- A+

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.  

Sulh.info.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb. (Unikal)