​Patruşev Aİ ölkələrinə və Ukraynaya xəbərdarlıq edib

​Patruşev Aİ ölkələrinə və Ukraynaya
17:30 24.08.2022
234 Siyasət
A- A+

Avropa İttifaqının Kiyevin diversiyalarına biganəliyi Ukraynanın özünü məhv etməsinə və Qərbin özü üçün düzəlməz nəticələrə gətirib çıxara bilər.

Sulh.info.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O, Kiyevi təxribatlara əl atdığını, nüvə obyektlərini təhdid etdiyini, kimyəvi və bakterioloji silahlardan istifadə etməyə çalışdığını söyləyib.

Patruşev rusiyalı jurnalist və politoloq Darya Duqinanın qətlə yetirilməsindən də danışıb. O, Duqinanın qətli ilə Kiyev hakimiyyətinin terroru Ukrayna sərhədlərindən kənara çıxarmağa çalışdığını vurğulayıb: “Kiyev hakimiyyəti Duqinanın alçaqcasına qətlə yetiriləsindən məmnunluğunu gizlətmir. Sivil ölkələr siyasətçilərin terrora ictimai dəstək verməsini qəbul etməməlidir". (Apa)